2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.
Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.