Azərbaycan bu ilin yanvar-avqust aylarında 11 milyard 234 milyon 779 min dollar dəyərində 18,5 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,4 milyard dollar, həcm baxımından isə 1% çoxdur. 

Əlavə edək ki, neft ixracının ümumi ixracda payı 46,13% təşkil edib.

 

Gözəl Həşimova