Azərbaycan Mərkəzi Bankı (AMB) bir sıra ərzaq məhsulları sifariş edib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bank 1115 ədəd 500 qr çay (qara, təbii ətirli, kiçik yarpaqlı Əhmədçay və ya ekvivalenti), 840 ədəd 190 qr-lıq kofe (JACOBS GOLD və ya ekvivalenti), 1008 ədəd 800 qr-lıq qənd (doğranmış, Azərşəkər və ya ekvivalenti) və ümumilikdə 8274 litr 2,4% yağlılıq dərəcəsinə malik və isidilmədən/qaynadılmadan içmək üçün yararlı (pasterizə edilmiş) 1 litrlik süd alır.

AMB sözügedən sifarişlərin satın alınması ilə əlaqədar olaraq fiziki şəxs Məmmədov Nurəli Həbib oğlu ilə müqavilə bağlayıb. Mərkəzi Bank qeyd olunan məhsulların müqabilində N.Məmmədova 43 587,87 manat ödəniş edəcək.