Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 151 501,39 min ABŞ dolları dəyərində 9 795,57 ton əczaçılıq məhsulları idxal edilib.

Cari ilin ilk beş ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33%, həcmi isə 67,3% artıb.

Təkcə bu ilin may ayı ərzində ölkə 27 791,77 min manat dəyərində 2 062,92 ton sözügedən məhsullardan idxal edib ki, bu da eyni ilin aprel ayı ilə müqayisədə dəyər ifadəsində 28,1%, həcm ifadəsində isə 25,9% azdır.Fins.az