Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub.