Energetika Nazirliyi “Azərbaycan energetikası - 2023-cü ilin yekunları” ilə bağlı video-çarx hazırlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, 2023-cü il Azərbaycan - Avropa Yaşıl Enerji Dəhlizi üzrə fəaliyyətə başlanması, COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi kimi uğurlarla zəngin olub.

Qeyd edib ki, 2023-cü il Xankəndi də daxil olmaqla Qarabağın vahid enerji sisteminə inteqrasiyası, Qaradağ Günəş Elektrik Stansiyasının və 140,6 MVt Su Elektrik Stansiyasının istismara verilməsi, "yaşıl istehsal" güclərinin 28,4 % artımı, "Abşeron" yatağından hasilata başlaması kimi yadda qalıb.