Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin oktyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10168369*) nəfər təşkil edib.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.