2023-cü ilin oktyabr ayının 1-nə Azərbaycanda bank olmayan kredit təşkilatlarının(BOKT) cəmi aktivləri 682.2 milyon manat təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 42.6% və ya 203.9 milyon manat çoxdur.

Cari ilin oktyabr ayının 1-nə BOKT-ların cəmi öhdəlikəri ötən ilin müvafiq dövrünə nəzərən 41.8% artaraq 388.4 min manata yüksəlib. Eyni dövrdə təşkilatların kredit portfelidə 24.7% artaraq 549.1 milyon manata çatıb.

Bu dövrdə BOKT-ların cəmi kapitalı 293.8 milyon manat təşkil edib ki, buda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43.7% çoxdur.