"Yanvar-avqust aylarında qaz ixracı 9% artıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

O qeyd edib ki, bu dövr ərzində Avropaya 7.6 milyard kubmetr, Türkiyəyə 6.7 milyard kubmetr,  Gürcüstana isə 1.5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3.8 milyard kubmetr qazla təchiz edib.