“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi saytında onlayn qeydiyyat yenilənib.

İQTİSADİYYAT.AZ xəbər verir ki , AZAL-dan FED.az-a verilən məlumata görə, artıq qeydiyyat zamanı təyyarədə ayaqlar üçün daha geniş sahəsi olan yerləri və salonun önündəki yerləri onlayn qaydada ödəniş edərək seçmək mümkün olacaq.

Xatırladırıq ki, onlayn qeydiyyat uçuşa 24 saat qalmış açılır və uçuşa 1 saat qalmış bağlanır.

FED.az