Ermənistan XİN sözçüsü Ana Badalyan bir müddət əvvəl özünün "X" hesabında təxribat xarakterli məlumat paylaşaraq Azərbaycan ordusunun antiterror tədbirləri zamanı guya əziyyət çəkən şəxslərin "statistika"sını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Ermənistanın bu yalanına cavab verib.

"Bu, başqa bir saxtakarlıq və bacarıqsızlıq nümayişdir. Ermənistan XİN beynəlxalq ictimaiyyəti qəsdən çaşdırır", - deyə A.Hacızadə qeyd edib.