"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşdük".

İqtisadiyyat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X"də bildirib:

"AYİB-in krediti əsasında “Aztelekom” MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq".

O, qeyd edib ki, görüş zamanı “Hökumət buludu”, metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə edilib.