Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) əvvəllər üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq 2022-2023-cü illərdə Ukraynaya 3 milyard avro (3,2 milyard dollar) yardım ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərargahı Londonda yerləşən kredit təşkilatının bəyanatında deyilir.

Vəsait enerji təhlükəsizliyi, ticarətin maliyyələşdirilməsi, mühüm infrastrukturun qorunması, ərzaq təhlükəsizliyi və əczaçılıq şirkətlərinin likvidliyinin təmin edilməsi üçün ayrılır.

 

Gözəl Həşimova