Təlimatın 160-1-ci hissənin ikinci abzası  yeni redaksiyada verilir.

İqtisadiyyat.Az xəbər verir ki, dəyişikliyə görə, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsiləhəyata keçirilməlidir.

Təlimatın köhnə versiyasında göstərilirdi:

-Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. 

Bundan sonra, daşınmaz əmlak ilə bərabər, daşınan əmalkın alqı-satqısı (məsələn avtomobilin alqı-satqısı), pul bağışlanılması, beh və borc verilməsi zamanı bir tərəf digərinə pulu bank vasitəsilə ödəməli olacaqdır. Eyni zamanda, daşınmaz əmlakda müəyyən edilmiş minimal məbləğ (5500 manat) də ləğv edilib.