Avstraliya Xarici İşlər Nazirliyi Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin saytında bildirilib. 

Saytda məhdudlaşdırıcı tədbirlərin Rusiyadan olan yeddi nəfərə şamil edildiyi bildirilir. Bundan əlavə, İrandan olan bir neçə fiziki və hüquqi şəxs, o cümlədən İranın vitse-polis və Bəsic milisləri (İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi) məhdudiyyətlərə məruz qalıb.