Avstraliya insan haqlarının pozulması iddiası ilə 4 iranlı şəxsə və 3 təşkilata sanksiya tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avstraliya hökumətindən bildirilib. 

Qeyd edilib ki, hökumət İran hüquq-mühafizə orqanlarının sözçüsü Səid Montazer Əl-Mehdi də daxil olmaqla 4 nəfərə bu ölkəyə səyahət qadağası qoyub.

Sanksiyaların İran Kiber Polisinə və dövlət tərəfindən dəstəklənən media qurumuna da tətbiq edildiyi bildirilib.

Sanksiyaların bir çox insanın, o cümlədən qadınların haqlarına hörmət etməyənlərə qarşı tətbiq edildiyini bildirən Avstraliyanın xarici işlər naziri Penni Vonq qeyd edib: "Avstraliya hökuməti İranın insan haqları pozuntularına görə məsuliyyət daşıması üçün qəti və məqsədyönlü addımlar atmağa davam edəcək".