Sloveniya azalma üzrə birinci yerdədir.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Avropa Statistika İdarəsi (Eurostat) iyun ayı üçün Avropa İttifaqı və avrozona üçün pərakəndə satış məlumatlarını açıqlayıb.

Hesabata görə, iyun ayında avrozonada pərakəndə satışlar aylıq 0,3 faiz təşkil edib. Bu isə o deməkdir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nisbətən 1,4 faiz azalıb.

AB ölkələri arasında pərakəndə satışlarda iyun ayı ərzində ən yüksək azalma Sloveniyada 2,6 faiz, Rumıniyada 1,9 faiz və Portuqaliyada isə 1,6 faiz təşkil edib.

Pərakəndə satışlar üzrə illik baz Sloveniyada 15,7 faiz, Estoniyada 8,7 faiz, Macarıstanda isə 8,3 faiz azalıb.

Gülşən Şərif