Avrozonada may ayında istehlak qiymətləri illik ifadədə 2,6% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) hesabatında bildirilib.

Mayda xidmətlərin qiymətində artım aprellə müqayisədə 3,7%-dən 4,1%-ə qədər sürətlənib. Bununla yanaşı, ərzaq məhsulları, alkoqol və tütün məmulatlarının bahalaşması bir ay əvvəlki 2,8%-dən 2,6%-ə, sənaye məhsullarının qiyməti 0,9%-dən 0,8%-ə enib. Enerji qiymətləri apreldə 0,6% azaldıqdan sonra mayda 0,3% artıb.

Avrozona ölkələri arasında ən yüksək inflyasiya Belçikada (illik ifadədə 4,9%), ən aşağı inflyasiya isə Latviyada (0,2%) qeydə alınıb. Almaniyada istehlak qiymətləri 2,8%, Fransada 2,7%, İtaliyada 0,8%, İspaniyada 3,8% bahalaşıb.