Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi 91%-dən aşağı düşüb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, anbarlardan qaz çəkilməsi isti hava fonunda səngiyib.

Buna görə də birjada qazın qiyməti 1000 kubmetr üçün 400 dollardan aşağı düşüb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 22 milyard 916 milyon kubmetr həcmində təbii qaz ixrac edib. Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 12,2 milyard ABŞ dolları təşkil edib.

“Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə bu ilin noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb.

 

Gözəl Həşimova