Çərşənbə axşamı ticarət əməliyyatlarının əvvəlində Avropada təbii qazın qiyməti 0,8 % artıb.

İqtisadiyyat.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın mart fyuçersləri 1 000 kubmetr üçün 579,8 ABŞ dolları səviyyəsində başlayıb.

Daha sonra onların dəyəri 576,8 ABŞ dollara (+0,8 %) düşüb. Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün 572,1 ABŞ dolları) əsasən hesablanır.

Xatırladaq ki, yanvarın 17-də Avropada təbii qazın qiyməti 2021-ci il avqustun 31-dən bəri ilk dəfə 600 ABŞ dollarından aşağı düşüb.