Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 12 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 468,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 519 dollar) ilə müqayisədə 3,3% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.