Keçən il Avropa İttifaqında (Aİ) təqribən 95 milyon insanın yoxsulluq riski ilə üzləşdiyi bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) ötən il Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

Məlumata görə, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.

Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr 32% ilə Rumıniya, 30% ilə Bolqarıstan, 27% ilə İspaniya və 26% ilə Yunanıstan olub. Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr Çexiya, Sloveniya, Finlandiya və Polşa olub.

Yoxsulluq səviyyəsi Almaniyada 21,3%, Fransada 20,4% , İtaliyada isə 22,8% təşkil edib.

 

Gözəl Həşimova