İqtisadiyyat.az Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Avropa Parlamenti Avropa İttifaqı ölkələrinin viza rejimlərinin yenilənməsi mövzusunda AB Şurası ilə danışıqlarda razılığa gəldiyini söyləyib.

Buna görə, AB-nin 100-dən çox ölkənin vətəndaşlarına tətbiq edəcəyi səyahət vizasının qiyməti dəyişəcək. Bu qərarla AB ölkələrinə viza nın qiyməti 60 avro-dan 80 avroya qədər artırılacaq.

Ancaq bu artım tələbələr, tədqiqatçılar və 12 yaşdan kiçik uşaqlara aid olmayacaq.

Rəssamlar, peşəkar idmançılar və tez-tez səyahət edənlər üçün çoxsaylı giriş vizaları veriləcək.

Viza müraciətləri səyahətdən 6 ay əvvəl edilə bilər.

Qərarın təsdiqlənməsi üçün AB Şurasının səsvermə nəticəsi gözlənilir.