Avropa Mərkəzi Bankı (AMB) inflyasiyanı azaltmaq üçün siyasət faizini artırmağa davam edəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Avropa Mərkəzi Bankının İdarəetmə Şurasının pul siyasəti ilə bağlı keçirdiyi iclasda məlumat verilib.

Məlumata görə, iyul ayından sonra faiz artımı baş verə bilər. Pul siyasətinin inflyasiyadan öncəki hədəflənmiş səviyyəyə qaytarılması üçün faiz artımın olması effektiv nəticə verə bilər.

Açıqlamada qeyd olunub ki, iqtisadi vəziyyətlə bağlı məlumatların qiymətləndirilməsindən sonra qəti qərar veriləcək.