Avropa Mərkəzi Bankının iyul ayı toplantısında siyasət faizini 25 baza bəndi artıracağı müəyyən edilsə də, bu, son artım ola bilər. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bankın ilin sonuna qədər faiz dərəcələrini ümumilikdə 50 bənd artıracağı ilə bağlı proqnozlara baxmayaraq, son artımın iyul ayında ola biləcəyi gözləntiləri güclənib.

 Avrozonanın Makro Strategiya rəhbəri Elvin de Qroot bildirib ki, sentyabr ayında faiz dərəcələrinin artıracağı və ya  sabit qalacağı barədə konkret fikir söyləmək çətindir:

"Mövcud vəziyyəti nəzərə alsaq, AMB-nin daxili qərarsızlığına haqq qazandırmaq olar. ABM-nin kommunikasiyalarında vaxt uyğunsuzluqları var. Bütün hallarda AMB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq".

Gülşən Şərif

İqtisadiyyat.az