Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcəsini daha 25 baza bəndi artırıb. Bank inflyasiya proqnozlarını artırsa da, artım proqnozlarını aşağı salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb. 

Bank faiz dərəcəsini 25 baza bəndi artıraraq depozit dərəcəsini 4 faizə, əsas yenidən maliyyələşdirmə dərəcəsini 4,50 faizə, overnayt kreditləşmə dərəcəsini isə 4,75 faizə qaldırıb.

Beləliklə, bank ardıcıl 10-cu iclasda faiz dərəcələrini artıraraq faiz dərəcəsini rekord həddə çatdırıb.

Bank inflyasiya gözləntisini 2023-cü ilin sonu üçün 5,4 faizdən 5,6 faizə, 2024-cü ilin sonu üçün 3 faizdən 3,2 faizə, 2025-ci ilin sonu üçün isə 2,2 faizdən 2,1 faizə yüksəldib.

ECB 2023-cü il üçün artım gözləntisini 0,9 faizdən 0,7 faizə, 2024-cü il üçün 1,5 faizdən 1 faizə, 2025-ci il üçün isə 1,6 faizdən 1,5 faizə endirib.

ECB-nin faiz qərarı ilə bağlı proqnozlar ekspertləri iki yerə bölərkən, Bloomberg-in sorğusuna qatılan 34 iqtisadçı sabit faiz proqnozlaşdırıb. Sadəcə 32 iqtisadçı faiz artımını proqnozlaşdırmışdı.

Bank iyul ayında keçirdiyi iclasda faiz dərəcələrini 25 baza bəndi artırıb.

Bugünkü qərardan sonra Avro/dollar pariteti 0,5 faizdən çox ucuzlaşaraq 1,0674-ə çatıb.