Avropa İttifaqı artıq Rusiyaya qarşı həm 13, həm də 14-cü sanksiyalar paketini hazırlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Tomaş Zdeçovskin məlumat açıqlayıb.

Onun sözlərinə görə, yeni sanksiya paketi tezliklə üzv ölkələrə təqdim olunacaq:

"Yeni tədbirlərin hazırlanması çox vaxt aparmayacaq. Sanksiyaların qəbulu təşəbbüsü böyük ehtimalla əsasən Baltikyanı ölkələrdən gələcək".

Qeyd edək ki, bundan əvvəl Aİ Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı tətbiq etdiyi 12-ci sanksiyalar paketini təsdiqləyib.

 

Gözəl Həşimova