Avropa ölkələri meşələrin mühafizəsi haqqında qəbul edilmiş qanuna görə soya qıtlığı ilə üzləşə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika Təşkilatı və Dünya Bankının məlumatında deyilir.

Məlumata görə, Avropa meşələrin qırılması ilə mübarizə səbəbindən soya tədarükündə ildə 10,55 milyard avro itirəcək. Belə ki, soya meşələrin qırılan ərazilərində yetişdirilən məhsuldur.

 

Gözəl Həşimova