Avropa soyuq hava ilə əlaqədar anbarlardakı qaz ehtiyatlarından adi haldan daha intensiv istifadə etməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

Avropada inventar səviyyələri 88,48 faizə düşüb. Bu, son beş ilin orta göstəricisindən 10,6 faiz bəndi çoxdur.

 Aşağı temperatur siyasətçilərin yanacağa qənaətlə bağlı çağırışlarına baxmayaraq, ölkələri getdikcə daha çox qaz istifadə etməyə məcbur edir.