ABŞ-nin Arizona ştatında həddindən artıq istilər səbəbindən 3,5 ayda 25 nəfərin öldüyü açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat Arizona ştatının Marikopa Rayon İctimai Səhiyyə İdarəsinin dərc etdiyi həftəlik hesabatda yer alıb.

Hesabata görə, aprelin 11-dən bəri bölgədə təsirli olan həddindən artıq istilər səbəbindən 25 nəfər ölüb.

15-22 iyul tarixlərində 7 nəfərin öldüyünə dair məlumatların yer aldığı hesabatda 2022-ci ildə Marikopada istilər səbəbindən 38 nəfərin həyatını itirdiyi qeyd edilib.

Digər tərəfdən, iyulun 9-dan etibarən bölgədə havanın temperaturu gecələr 32 dərəcədən yuxarı olur.