Argentina prezidenti Xavyer Miley dövlət idarəçiliyində islahatlar aparmaq üçün süni intellektdən istifadə etmək istədiyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. 

"Biz hökumətin növbəti islahatının nə olacağına qərar veririk, biz Google-dan olan insanlarla danışdıq, onların hökumət islahatları üçün modulu var", - deyə Miley qeyd edib. .

Ötən həftə Argentina prezidenti Google, Apple, Meta və OpenAI şirkətlərinin rəhbərliyi ilə görüşmək üçün ABŞ-yə səfər edib. O, həmçinin süni intellekt sahəsində çalışan 30 şirkətin nümayəndələri ilə Argentinaya investisiyaları müzakirə edib.