Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 141 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 6,4% çoxdur.

ARDNF-dən İqtisadiyyat.az-a verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 072 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.08.2023 tarixinə) 259,6 mln. ABŞ dolları olub, bu da isə 2,7% artım deməkdir.