Antalya bu ilin ilk 5 ayında 4 milyona yaxın yerli və xarici turistə ev sahibliyi edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, Antalyaya gələn ziyarətçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 16,26% artaraq 3 milyon 959 min 267 nəfər təşkil edib.Bununla da Antalyaya turist axını rekord qırıb.

Antalyaya ən çox ziyarətçi Almaniya (974 min 272), Rusiya (857 min 862) və İngiltərədən (451 min 341) gəlib. Bu ölkələri müvafiq olaraq Polşa, Hollandiya, Qazaxıstan, Ukrayna, Litva, Belçika və Fransa izləyib.

 

Gözəl Həşimova