Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən İqtisadiyyat.az-a verilən məlumata görə, hərracda tələb 58,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, avqustun 24-də hərracda tələb 61,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.