Almaniyada Reyxsbürger (Reyx Vətəndaşları) hərəkatının parlamentə silahlı hücum təşkil edərək siyasi liderləri sıradan çıxararaq çevriliş etməkdə ittiham edilməsindən sonra qrupun “düşmən siyahısı” hazırladığı iddia edilib.


İqtisadiyyat.az xəbər verir ki, Almaniya mətbuatında yer alan xəbərə görə, ölkənin aparıcı media mənsubları və siyasətçiləri 18 düşmən siyahısındadır.


Yaşıllar Partiyasının xarici işlər naziri Annalena Baerbok, Koalisiyanın ağır çəkili Sosial Demokrat Partiyasının (SPD) həmkarı Saskia Esken, SPD-nin baş katibi Kevin Kühnert, ana müxalifətdəki Xristian Demokrat Partiyasının (CDU) hazırkı lideri Fridrix Merz və keçmiş lider Armin Laşet mətbuata sızdırılıb.

.
“Taz” qəzeti yazıb ki, siyahıda ictimai yayımçı telekanalların üç tanınmış aparıcısı da var.