Avropanın ilk iqtisadiyyatı adlandırılan Almaniyada inflyasiya rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Agentliyinin saytında məlumat verilib.

Məlumatda Almaniyada inflyasiya İllik müqayisədə 7,9 faiz təşkil edib.

Qiymət artımının hərəkətverici qüvvəsi ərzaq və enerji məhsullarının bahalaşması olub. 2021-ci illə müqayisədə 34,7 faiz artıb.

Ümumiyyətlə, Almaniyada inflyasiyanın artım templəri 2022-ci il ərzində yüksək olub.