Müharibə başlayandan bəri Ukraynaya ayrılan hərbi yardım Almaniyaya 5,2 milyard avroya başa gəlib.

Bu barədə İqtisadiyyat.az “Der Spiegel” jurnalına istinadən xəbər verir.

Məlumata görə, Ukraynaya yardım qrant şəklində və ya əvvəllər yaradılmış Avropa Sülh Fondu vasitəsilə həyata keçirilir. Bildirilib ki, Almaniya hökuməti hərbi dəstəyə daha çox pul xərcləmək əvəzinə, müharibənin sülh yolu ilə həllinə, eləcə də bu ölkənin təhsil və səhiyyə sisteminə sərmayə qoymalıdır.

 

Gözəl Həşimova