Almaniyanın daxili işlər naziri Nensi Faeser qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində sərhəd bölgələrindəki sabit məntəqələrdə müntəzəm yoxlamaların aparılmasının planlaşdırıldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Deutsche Welle Turkish" məlumat yayıb. 

Məlumata görə, Faeser Polşa-Almaniya və Çexiya-Almaniya sərhədlərində müntəzəm yoxlamaların aparılacağını açıqlayıb. Bundan əlavə, alman nazir İsveçrə polisi ilə Almaniya Federal Polisinin İsveçrə sərhədində birgə yoxlamalar apara biləcəyini qeyd edərək, immiqrasiya ilə mübarizədə həm müntəzəm, həm də qəfil yoxlamaların təsirli olacağını bəyan edib.

Faeser Türkiyə ilə mövcud miqrasiya müqaviləsinin yenilənməsinə ehtiyac olduğunu bildirib: "Hazırda qüvvədə olan Aİ-Türkiyə miqrant müqaviləsi yaxşı işləmir".