Moldova Almaniyadan pulemyotsuz 19 "Piranha" zirehli transportyorunu (BTR) pulsuz alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bunu Moldovanın müdafiə naziri Anatoli Nosatı avadanlığın təhvil verilməsi mərasimində jurnalistlərə bildirib:

“19 texnika aldıq, zirehli transportyorlara pulemyotlar quraşdıracağıq. Təbii ki, bu avadanlığın qiyməti var, amma bizim üçün bu, Almaniya hökumətinin ianəsi idi”.