"Ukrayna Silahlı Qüvvələri Almaniyadan tədarük edilən müasir A6 modifikasiyalı Leopard-2 tanklarından çox az sayda istifadə edir, çünki onların təmiri çox uzun müddət çəkir və ya çatışmayan ehtiyat hissələri tələb edilir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Bundestaqın "İttifaq-90/Yaşıllar" fraksiyasından olan deputatı, parlamentin büdcə komitəsinin üzvü Sebastyan Şefer Almaniyanın müdafiə konserni Rheinmetall və Krauss-Maffei Wegmann-a göndərdiyi məktubda bildirib.

"Təəssüf ki, qeyd etmək lazımdır ki, Ukraynaya verilən çox az sayda tankdan istifadə etmək olar", - DPA agentliyi sənəddən sitat gətirib. 

Şefer qeyd edib ki, problemlərdən biri Litvada yaradılmış "Leopard-2" adlanan təmir qovşağında lazımi ehtiyat hissələrinin olmamasıdır və nəticədə təmir işləri çox vaxt aparır.

Məktubda parlamentari Almaniya konsernlərini ehtiyat hissələrinin tədarükü ilə bağlı vəziyyəti mümkün qədər tez yaxşılaşdırmağa çağırıb. Eyni zamanda o qeyd edib ki, Ukrayna hərbçilərinin "Leopard-2"ni təkbaşına təmir etmək cəhdləri çox vaxt daha böyük ziyana səbəb olur.

Qeyd edək ki, Almaniya hökuməti ötən ilin martında Bundesver ehtiyatlarından 18 ədəd "Leopard-2" tankını Ukraynaya otürüb.