Almaniya kansleri Olaf Şolz Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması ilə bağlı irəli sürdüyü arqumentlərin əsassız olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şolz "Sülh və dinlərarası dialoq" adlı konfransda bildirib.

"Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən canlandırmaq səylərimizlə Rusiyanın taxıl gəmilərini bombalamayacağı və batırmayacağına əmin olmaq istədik. Rusiyanın bu təşəbbüsü uzatmamaq üçün irəli sürdüyü arqumentlər əsassızdır", - Şolz bildirib.

O, Qərbin Rusiyaya qarşı sanksiyalarının ölkənin kənd təsərrüfatı və qida sektorunu hədəf almadığını vurğulayıb: "Rusiya hökumətinin söylədiyi sözlərin əksinə olaraq, Rusiya taxılına və Rusiyadan gələn gübrələrə qarşı heç bir sanksiya yoxdur".