Almaniya İtaliyanın Avropa İttifaqının Dublin Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməməsi səbəbindən miqrantların qəbulu ilə bağlı razılaşmanı dayandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Maxmilian Kall açıqlama verib. 

Kall qeyd edib ki, İtaliya Dublin Konvensiyasına əsasən Almaniyadan geri göndərilən insanları bir müddətdir qəbul etməyi dayandırıb:

"Ötən ildən könüllü həmrəylik mexanizmi ilə müxtəlif ölkələrdən ümumilikdə 1731, İtaliyadan isə 1043 nəfər Almaniyaya köçürülüb. Almaniya humanitar məsuliyyətini yerinə yetirib. İtaliya və bəzi digər üzv dövlətlər isə sözügedən sənəd çərçivəsində köçürmələri qəbul etməyiblər".