Alimlər süni intellektdən istifadə edərək nəsli kəsilməkdə olan mənsəb və çəhrayı çay delfinlərinin səslərini dinləyiblər.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Kataloniya Texniki Universiteti və Mamiraua Davamlı İnkişaf İnstitutunun əməkdaşlığı ilə çayda delfinlərin səsini aşkar etmək üçün məlumatlar süni neyron şəbəkəsinə çatdırılıb.

Yağış, qayıq mühərriki və delfinlərin səslərini ayırd etmək üçün hazırlanmış texnologiya elm adamlarına delfinlərin hərəkətini izləməyə imkan verdi. Qeyd edilib ki, delfinlərin yerini müəyyən etməyə imkan verən tədqiqat bu canlıların qorunmasına xidmət edə bilər.

Məlumat üçün bildirək ki, Estuar delfin populyasiyasının hər 9 ildən bir, çəhrayı çay delfinlərinin populyasiyasının isə on ildən bir 50 faizi azalır.