Mütəxəssislər alçanı duza batırıb yeyənlərə xəbərdarlıq ediblər.


İqtisadiyyat.az xəbər verir ki, alçanın olduqca yüksək faydaları var. Lakin onu duza batırıb yemək zərərli ola bilər. Alça qəbizliyi aradan qaldırır, immune sistemini gücləndirir, astma, bronxit xəstəliklərinə qarşı effektivdir.

Fosforla çox zəngin olan alça orqanizmin dəmiri mənimsəmə qabiliyyətini artırır və qan dövranını yaxşılaşdırır. Dərinin tonunu bərabərləşdirməklə tanınan yaşıl alça dərini bərpa edir və ləkələri aradan qaldırmağa kömək edir.

Ümumiyyətlə, hər kəs yaşıl alçanı duzlayıb yeməyi sevir. Ancaq bu yanlışdır. Yaşıl alçanı duzlu yemək orqanizminizdə ödem əmələ gətirir. Həddindən artıq duz istehlakı hipertoniya və böyrək sağlamlığı riski üçün zərərli olduğundan, alça ilə həddindən artıq duz istehlakından qaçınılmalıdır.

Bədən sağlamlığınız üçün alçanı duz istifadə etmədən istehlak etməyiniz məsləhətdir.