“Ailə qurmazdan öncə infeksion xəstəliklərə tutulmamaq üçün vaksin vurulması tövsiyə edilir. Bu dünya praktikasında da tətbiq edilir. Hər bir dərmanın əks göstərişi və əks təsiri ola bilir. Lakin bu günə qədər Azərbaycanda vurulan vaksinlər arasında heç bir ciddi əks təsir qeydə alınmayıb”.

Bu sözləri operativ qərargahın keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.