Avropa İttifaqı ( Aİ ) taxıl müqaviləsini uzatmaq üçün Rusiya Federasiyasına deyil, BMT və Türkiyəyə güvənir. Bu səbəblə də Avropa İttifaqı da bu məsələdə Moskva ilə danışıqlar aparmayacaq. 

İqtisadiyyat.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Brüsseldəki diplomatik mənbə məlumat verib:

“Rusiya təhlükəli vəziyyət yaradır, lakin bu, bizi narahat etmir, biz Rusiyanı inandırmayacağıq. Avropa Birliyi BMT və Türkiyənin göstərdiyi səylərə arxalanır".

Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqının taxıl sazişinə münasibətini mənfi qiymətləndirib. O, hətta bu məsələdə Avropa dövlətlərinin mövqeyini həyasız adlandırmışdı.