Avropa İttifaqı (Aİ) rusiyalılara və Rusiya təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb.

Məlumata görə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan sanksiyalar daha 6 ay müddətinə uzadılıb. Təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsi ilə bağlı qadağaların daxil olduğu sanksiyalar gələn ilin martın 15-dək uzadılıb. Bundan əlavə, Rusiya vətəndaşı olan 4 nəfər isə sanksiya siyahısından çıxarılıb.

Əlavə edək ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib.

 

Gözəl Həşimova