Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkə Rusiya-Ukrayna müharibəsi səbəbilə bu günə qədər Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Aİ Komissiyanın sözçüsü Kristian Viqand Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Ukraynaya vurduğu zərərin əvəzini Rusiyaya ödətdirməkdə qərarlı olduqlarına diqqət çəkən Viqand bu mövzuda işlərin intensiv şəkildə davam etdiyini deyib.

Xatırladaq ki, qərb ölkələrində Rusiya Mərkəzi Bankının ümumilikdə 300 milyard dollar olan ehtiyatları Rusiya-Ukrayna müharibəsi səbəbindən dondurulub.