Aleksey Navalnının ölümü ilə əlaqədar Avropa İttifaqı (Aİ) iki təşkilata və 33 rusiyalıya sanksiya tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən siyahı Aİ-nin rəsmi saytında dərc olunub. 

O cümlədən, sanksiyalar siyahısına Navalnının "Qütb canavarları" koloniyasında öldüyü Yamal-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov, Ədliyyə Nazirliyinin yerlərdə Dövlət Siyasəti İdarəsinin rəisi Vladimir Şvedov daxil edilib. 

Qeyd edək ki, Yamal Muxtar Dairəsinin Federal Penitensiar Xidmətinin Departamenti Navalnının fevralın 16-da günortadan sonra "Qütb canavarları" koloniyasında ölməsi barədə məlumat yayıb. Şöbədən bildirilib ki, o, yeriyərkən özünü pis hiss edib və dərhal huşunu itirib.

Müxalifətçi martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib.