Avropa İttifaqı (Aİ) ölkədəki etirazlarla bağlı vəziyyət və Tehranın Rusiyaya hərbi tədarük etdiyi iddiası ilə əlaqədar İrana qarşı “çox sərt” sanksiyalar tətbiq edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell bildirib:

“Biz İrana qarşı çox, çox sərt sanksiyalar tətbiq edəcəyik. İran qadınlarına və dinc etirazlara dəstək üçün istənilən tədbiri görəcəyik”

O, həmçinin məhdudiyyətlər digər məsələlərlə yanaşı, İranın Moskvaya dəstəyinə görə tətbiq ediləcəyini vurğulayıb.

Məhəbbət Məmmədov